IMG 8517

Ekspert İlham İsmayıl saxlanılıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, o, dələduzluqda ittiham olunur.

Ekspertin polis tərəfindən saxlanıldığı bildirilir.

Hələlik barəsində qətimkan tədbiri yoxdur.

İlkin məlumata görə, o, xaricdə yaşayan oğlu ilə əlbir olaraq vətəndaşa qarşı dələduzluq əməlində ittiham olunur. Faktla bağlı Cinayət Məcəlləsinin 178 ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, 2023-cü ildə İlham İsmayılın oğlu Cavidan İsmayılzadə də İnterpol xətti ilə Çexiyada saxlanılıb. O, külli miqdarda dələduzluq etmə maddəsi ilə ittiham olunub. Belə ki, Cavidanın tanınmış şəxslərin etimadını qazanaraq, iş qurmaq adı ilə 970 min avro pulu mənimsədiyi iddia edilib.

Paylaş: