seyidtaleh 11

Seyyid Taleh Boradigahi kimi tanınan ilahiyyatçı Taleh Əsədov Moskvada döyülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yaydığı məlumatda insidentlə üzləşdiyini, lakin döyülmədiyini yazıb.

T.Əsədov qeyd edib ki, ötən gün Moskvada əlisilahlı naməlum şəxslər çıxış edəcəyi məscidin qarşısına gələrək, onun İmam Əlinin (ə) mövlud günündə iştirakına mane olmaq istəyiblər:

“Mən gəlib məscidə daxil olmaq istəyəndə həmin silahlı dəstə qarşıma çıxıb içəri keçməyə mane oldular. Bu zaman hadisə yerinə gələn Moskva polisinin və dəyərli qardaşlarımın sayəsində əli silahlı dəstənin niyyəti baş tutmadı. Bu zaman məsciddə olan onlarla qardaşımız dərhal yanımıza gələrək, silahlı dəstənin qarşısını kəsərək sinələrini sipər etdilər”.

Paylaş: