zelenski 3

“Ukrayna ABŞ və digər ölkələrə dron ixrac etməyi planlaşdırır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın aparıcı şirkətlərinin nümayəndələri ilə görüşündə bildirib.

O qeyd edib ki, ölkəsinin dron sənayesi artıq 300-dən çox şirkəti birləşdirir.

Zelenski hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin əsas prioritet olduğunu və sentyabrın 23-də Ukraynanın ABŞ Prezidenti və onun administrasiyasından müsbət siqnallar aldığını vurğulayıb.

Paylaş: