Fransanın keçmiş prezidenti Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib.
Globalinfo.az xəbər verrir ki, bu barədə BFMTV məlumat yayıb.
“Paris məhkəməsi onu 2007-ci il seçki kampaniyasını Liviyadan gələn vəsaitlə qanunsuz olaraq maliyyələşdirməkdə ittiham edib.
Müstəntiqlərin fikrincə, Sarkozi 2005-ci ildə Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafi ilə beynəlxalq səhnədə siyasi dəstək müqabilində seçki kampaniyası üçün vəsait almaq barədə razılığa gəlib”, – deyə bildirilib.
Qeyd edək ki, keçmiş prezident korrupsiyada, seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə və Liviya dövlətinin vəsaitlərini gizlətməkdə ittiham olunurdu.
Əliyar Xəlil
Globalinfo.az