“ABŞ-ın birinci xanımı Melaniya Tramp Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya ilə reputasiyasına görə görüşmür”.
Globalinfo.az xəbər verir ki, bunu profiler, aldatma və bədən dili üzrə ekspert İlya Anişenko deyib.
“Kiyev Vaşinqtonla dost olduğunu düşünür, ona görə də birinci xanımların görüşməsi üçün israr edirlər. Amma Zelenskaya milyonlarla dollar xərcləməklə tanınır, bu isə onun nüfuzuna xələl gətirir”, – o bildirib.
Bundan əvvəl “Nyu York Post” qəzeti ABŞ-ın birinci xanımının baş müşaviri Mark Bekmana istinadla qeyd etmişdi ki, onun Y.Zelenskaya ilə görüşü baş tutmayacaq. “Zelenskaya görüş təşkil etmək üçün bir neçə dəfə Melaniya ilə əlaqə saxlayıb. Amma ikitərəfli görüş olmayacaq, rəsmi heç nə olmayacaq”, – o demişdi.
Əliyar Xəlil
Globalinfo.az














