ABŞ Prezidenti Donald Tramp Şöhrət Divarında keçmiş prezident Co Baydenin portretinin yerinə avtomatik qələm qoyub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin “X” sosial media hesabında bildirilib.
Bayden daha əvvəl etiraf etmişdi ki, yüzlərlə insanın, o cümlədən ailə üzvlərinin əfv və cəza yüngülləşdirilməsi sərəncamlarını imzalamaq üçün tez-tez həmin qələmdən istifadə edib.
Tramp isə deyib ki, Baydenin imzaladığı əfv fərmanları hüquqi qüvvəyə malik deyil, çünki sənədlər avtomatik imzalanıb.
Tahir Turan
Globalinfo.az














