Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Darla Nyu-Yorkda görüşüb.
Globalinfo.az xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşım edib.
“80-ci BMT Baş Assambleyası çərçivəsində həmkarım və qardaşım Pakistanın xarici işlər naziri Mohammad İshaq Dar ilə görüşməkdən məmnun oldum. Azərbaycan və Pakistan möhkəm dostluq və tərəfdaşlıq münasibətləri ilə bağlıdır”, – paylaşımda deyilir.














