68d2e0c298bdf68d2e0c298be0175865056268d2e0c298bdd68d2e0c298bde

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto ilə görüşü olub.

Globalinfo.az xəbər verir ki, söhbət zamanı dövlət başçıları Azərbaycanla Keniya arasında münasibətlərin inkişafından məmnunluqlarını ifadə etdilər. Azərbaycanın Keniyada səfirliyinin açılmasının əlaqələrimizin inkişafına təkan verdiyi qeyd olundu. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulandı, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün hökumət rəsmilərindən ibarət nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələsinə toxunuldu. Bu xüsusda enerji, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

*** 22:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto ilə görüşü olub.

Paylaş: