nato 1

“Rusiyanın ehtiyatsız hərəkətlərinə NATO-nun cavabı olacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Alyansın yaydığı bəyanatda qeyd olunub.

Hərbi blok Rusiyanın MiQ-31 təyyarəsinin Estoniyanın hava məkanını pozmasına belə reaksiya verib:

Rusiya əmin olmalıdır ki, NATO və onun müttəfiqləri beynəlxalq hüquqa uyğun olaraq, özlərini müdafiə etmək və bütün istiqamətlərdən gələn hər hansı təhlükənin qarşısını almaq üçün bütün zəruri hərbi və qeyri-hərbi alətlərdən istifadə edəcəklər”.

Bəyanatda həmçinin vurğulanıb ki, Alyans ölkələri Ukraynanı dəstəkləmək üzrə öhdəliklərindən imtina etmək niyyətində deyillər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: