AKP-dən olan bələdiyyə sədri tutuldu

AKP-dən olan bələdiyyə sədri tutuldu

Türkiyənin Qırıqqala (Kırıkkale) rayonunda Yaxşıxan (Yahşihan) Bələdiyyəsinə qarşı aparılan rüşvətlə bağlı istintaq çərçivəsində saxlanılan AKP-çi bələdiyyə sədri Əhməd Sunqur vəzifədən uzaqlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat zamanı saxlanılan 5 nəfər, Əhməd Sunqur da daxil olmaqla, həbs olunub.

Digər saxlanılanlar ifadə verdikdən sərbəst buraxılıb.