“Ukrayna münaqişənin yeni mərhələsinə hazırlaşır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Ukrayna Prezidenti Volodimir Zelenski bu həftə BMT-də çıxış edəndə və ABŞ Prezidenti Donald Trampla görüşəndə müttəfiqlərindən daha böyük dəstək axtaracaq. Lakin pərdəarxasında Kiyev sakitcə müharibənin daha çox özünə arxalandığı yeni mərhələsinə hazırlaşır”, – deyə bildirilib.
Xatırladaq ki, Zelenski sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək.
Əliyar Xəlil
Globalinfo.az