Amerikalı jurnalist Candace Owens Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun bioloji cinsiyyətini müəyyən etmək üçün müstəqil ekspertizadan keçmək niyyətində olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu açıqlama Makron cütlüyünün vəkili Tom Kların Amerika məhkəməsində Bricit Makronun qadın doğulduğunu təsdiqləyən fotoşəkillər və elmi məlumatlar təqdim etməyə hazır olduğunu söyləməsindən sonra verilib.
Jurnalist bildirir ki, təqdim olunan materialların müstəqil yoxlanılması zəruridir:
“Biz Bricitdən müstəqil həkim tərəfindən müayinədən keçməsini tələb etmək niyyətindəyik. Biz onun tibbi qeydlərinə daxil olmaq istəyirik”.
Tahir Turan
Globalinfo.az