owl detail 620 9fd1c2c1ff99aaf849e44d46ca1ec5e3

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Moldovada sovet istehsalı olan “İvan Vasilieviç: Peşəsini dəyişir” filminə qoyulan qadağanı sərt tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Medinski şəxsi teleqram kanalında yazıb:

“Mən hər cür axmaqlığa məhəl qoymamağa çalışıram. Amma bu, xüsusi haldır. Qaydayın komediyasının “militarist kontekst və siyasi məzmunu”na görə qadağan edilməsi – bu artıq xüsusi bir axmaqlıqdır”.

O, həmçinin bildirib ki, bu cür qərarlarla Moldovanın hakimiyyət orqanları özlərini əbədiləşdirməyə çalışırlar.

Qeyd edək ki, Moldova hakimiyyəti sentyabrın 22-də filmin nümayişinə qadağa qoyub. Rəsmi açıqlamada, “İvan Vasilieviç peşəsini dəyişir” ekran əsərinin “militarist elementlər” daşıdığı və siyasi kontekstə malik olduğu iddia edilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: