Azərbaycanın Tehrandakı Səfirliyinə hücum beynəlxalq ictimaiyyət üçün mesaj olmalıdır.
Globalinfo.az xəbər verir ki, bu sözlər ABŞ-nin Hadson İnstitutunun baş elmi əməkdaşı Lyuk Koffinin “Arab Nyus” qəzetindəki məqaləsində yer alıb. O, İranla Azərbaycan arasındakı gərginliyin diqqətdən kənarda qalmaması gərəkdiyini bildirib. Koffi bu gərginliyin kökünün Türkmənçay müqaviləsinə dirəndiyini yazıb:
“İranda milyonlarla etnik azərbaycanlı yaşayır və bütün dövrlərdə yüksək səslə olmasa da müstəqillik və öz müqəddəratını təyinatlarına çağırışlar edilir. Azərbaycan rəsmən İrandakı azərbaycanlılarla bağlı şərh verməkdən çəkinsə də situasiya barədə çox gözəl məlumata sahibdir”.
Koffi Azərbaycanda şiə çoxluğun olmasına baxmayaraq, heç vaxt İranın nəzarəti və təsir dairəsinə düşmədiyini qeyd edib. Ekspert Azərbaycanın son illər İranla münasibətlərinin üzdə isti, əslində gərgin olduğunu vurğulayıb. Buna əsas səbəblərdən biri kimi isə İranın Ermənistanla sıx əlaqəsi və II Qarabağ müharibəsi zamanı Moskvaya İrəvana yardım üçün şərait yaratmasını göstərib:
“Keçmişdə İran Ermənistanı beynəlxalq iqtisadi sanksiyalardan yayınmaq üçün istifadə edib. Həmçinin iki ölkə arasında artan hərbi əməkdaşlığı da qeyd etmək lazımdır. İran Ermənistana PUA-lar və tank əleyhinə silahlar verir. ABŞ Dövlət Departamentinin məlumatına əsasən, 2008-ci ildə Ermənistan hətta İrana İraqda ABŞ ordusuna qarşı istifadə edilən raketlər və avtomatik silahlar da verib”.
İlkin
Globalinfo.az