Türkiyənin “Fənərbağça” klubu bu gün növbədənkənar seçki keçirib.
Globalinfo.az xəbər verir ki, seçkilərin nəticəsinə əsasən, klubun yeni prezidenti Sadettin Saran olub.
Klub bununla bağlı İnstaqram hesabında paylaşım edərək, Saranın 12,325 səslə qalib gəldiyini açıqlayıb.
Qeyd edək ki, bundan əvvəlki prezident Ali Koç idi.