Dünən saat 02 radələrində Baknın Xətai rayonu ərazisində meyit tapılıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə İnqilab İsmayılov küçəsində baş verib. Həmin küçədə yerləşən yarımtikilidə orta yaşlı şəxsin meyiti aşkar edilib.
Araşdırmalardan sonra meyiti tapılan şəxsin Masallı rayon sakini olan 1978-ci il təvəllüdlü Zaur Rahil oğlu Əkbərov olması müəyyən edilib. Onun ölüm səbəbi məlum deyil.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Malik
Globalinfo.az