qaregin

Ermənistan Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Erməni Apostol Kilsəsinə yeni hücumlar edə bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fakt” qəzeti yazıb.

“İntensiv hücumlar davam edəcək bə buna mümkün qədər hazır olmalıyıq. Məsələ burasındadır ki, bundan əvvəl Paşinyan kilsəyə və yüksək rütbəli ruhanilərə qarşı elan etdiyi müharibədə açıq şəkildə uğursuzluğa düçar oldu. İndi o, qisas almağı planlaşdırır və bunun üçün yeni “alətlər” axtarışındadır. Onlar Erməni Apostol Kilsəsini gözdən salmaq üçün rüsvay edilmiş və ya cəzalandırılmış “kahinlər” tapmağa çalışırlar”, – deyə bildirilib.

Xatırladaq ki, bundan əvvəl “Joqovurd” qəzeti də oxşar iddia ilə çıxış etmişdi. Bildirilmişdi ki, Ermənistan Baş naziri Nikol Paşinyanın II Qaregini vəzifəsindən uzaqlaşdırmaq üçün planı tamamlanıb.

“Hakimiyyət Ovanavanq monastırının keşişi Aram Asatryanın kilsə daxilində təzyiqlərə məruz qaldığı və müxalifətin mitinqlərində iştirak etməyə məcbur edildiyi barədə fikirlərindən istifadə edəcək. Paşinyan kilsəni qorumalı olduğunu deyəcək və addımlarını buna uyğun atacaq. Əgər Qaregin Aramı tənbeh etmək və ya vəzifədən kənarlaşdırmaq qərarına gəlsə, bu, Paşinyan üçün əsl “hədiyyə” olardı”, – deyə əlavə olunmuşdu.

Qeyd edək ki, Nikol Paşinyanın “bütün ermənilərin katolikosu” seçkilərində öz namizədini dəstəkləməyə qərar verdiyi üzə çıxmışdı. O, Ovanavanq monastırının keşişi Aram Asatryanın namizədliyini dəstəkləmək niyyətindədir.

Bir neçə gün öncə isə Ermənistan baş naziri II Qareginin istefası məsələsində güzəşt olmayacağını açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: