ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniyanın olduğu helikopter Londonun Luton hava limanında planlaşdırılmamış eniş etməyə məcbur olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Independent” qəzeti Ağ Evə istinadən yazıb.
Məlumata görə, Tramp cütlüyü Birləşmiş Krallığın Baş naziri Kir Starmerin şəhərkənarı iqamətgahından qayıdarkən helikopterin hidravlik sistemində problem yaranıb. Ehtiyat tədbiri olaraq, helikopterin Luton hava limanında eniş etməsinə qərar verilib.
Donald Tramp və Melaniya Tramp başqa bir helikopterlə əvvəlcədən getməyi planlaşdırdıqları Stansted hava limanına yola salınıb.
Xatırladaq ki, ABŞ Prezidenti 16-18 sentyabr tarixlərində Birləşmiş Krallıqda səfərdə olub.