elmir mirz%C9%99yev mirzoev

Almaniyada yaşayan bəstəkar, musiqişünas və kulturoloq Elmir Mirzəyevin “Müasirlik və Arxaika arasında: Azərbaycan musiqisi XX əsrdə transregional təsir çevrəsində” (Zwischen Moderne und Archaik, Transregionale Spannungen in der Musikkultur Aserbaidschans im 20. Jahrhundert”) adlı monoqrafiyası Bilefeld şəhərində “transkript Verlag” nəşriyyatında dərc edilib.

Globalinfo.az bildirir ki, monoqrafiyada XIX-XX əsrlər ərzində Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında rol oynayan və coğrafi determinizmin nəticəsində yaranmış transregional amillər, müxtəlif geokültür təsirlərdən qaynaqlanan “modern” və “arxaik” vektorlar arasındakı mürəkkəb münasibətlərin təhlili təqdim olunur. Disiplinlərarası nəzəriyyədə qurulan bu elmi əsər kültür tariximizin son 200 illik dövrünə yalnız sırf incəsənət və mədəniyyət kontektstində olmayıb, eyni zamanda regionda baş verən coğrafi-siyasi və tarixi-sosial proseslər prizmasından baxışdır.

WhatsApp Image 2025 09 18 at 15.31.14

Bu dövr ərzində tarixi-siyasi şəraitdən qaynaqlanan coğrafi determinizm milli identiklik axtarışlarına səbəb olmuş, bu prosesin mərkəzi siması Üzeyir Hacıbəyli fenomeni və onun Şərq-Qərb sintezinə əsaslanan çoxşaxəli yaradıcılığıdır. Hacıbəyli yaradıcılığı ilə başlanan bu sintez Azərbaycan bəstəkarlıq məktəbinin baş xəttinə çevrilərək sonrakı nəsillərdə də davam etmişdir. Nəticə etibarilə, “modern” və “arxaik” anlayışları sadəcə musiqidə estetik kateqoriyalar yox, eyni zamanda milli kimlik diskursunun ayrılmaz hissəsinə çevrilmişdir.

Monoqrafiya Üzeyir Hacıbəylinin 140 iliyinə ithaf edilmişdir.

Elmir Mirzəyev (1970) tanınmış müasir Azərbaycan bəstəkarı, musiqişünas, kulturoloq və publisist, fərqli illərdə Bakı Musiqi Akademiyası, Köln Ali Musiqi Məktəbi və Berlin Humboldt Universitetində çalışmışdır, 2013-cü ildə İsveçrənin Villa Sträuli sənət məkanında composer-in-rezidenz qismində dəvətli bəstəkar olmuşdur. Simfonik, kamera və instrumental əsərlərin, “Transcommunication: invasion of senses” (rej. Teymur Daimi, 2012) və “Quyu” (rej. Rufat Ray, 2021) kinofilmlərinə musiqinin, “Totalitarizm və Avanqard” (2021) kulturoloji esselər toplusunun müəllifidir.

WhatsApp Image 2025 09 18 at 15.31.15

Paylaş: