Qardaş ölkə Qazaxıstandan olan futbol azarkeşləri UEFA Çempionlar Liqası çərçivəsində keçirilən “Benfika” – “Qarabağ” matçını izləmək məqsədilə Portuqaliyanın paytaxtı Lissabona gediblər.
Globalinfo.az xəbər verir ki, onlar bu barədə sosial şəbəkədə paylaşım ediblər.
“‘Benfika” – “Qarabağ” oyunu başlayır. İndicə təyyarədən düşmüşük. Gün ərzində yoldayıq – üç təyyarə dəyişmişik, heç yatmamışıq. Biz azərbaycanlı qardaşlarımıza azarkeşlik edəcəyik”, – onlardan biri deyib.
Həmin videonu təqdim edirik:
Zaira Akifqızı
Globalinfo.az














