
UEFA Çempionlar Liqasının liqa mərhələsi, 1-ci turunda “Benfika” və “Qarabağ” qarşılaşması bitib.
Globalinfo.az xəbər verir ki, oyun “Qarabağ“ın 3-2 hesablı qələbəsi ilə başa çatıb.
***
“Qarabağ“dan üçüncü qol. Hesab 3-2. “Qarabağ” bir xal fərqi ilə öndədir.
Globalinfo.az xəbər verir ki, 86-cı dəqiqədə Aleksey Kaşuk “Qarabağ“ın hesabına üçüncü xalı yazdırıb.
***
“Qarabağ” növbəti qola imza ataraq hesabı bərabərləşdirib.
Globalinfo.az xəbər verir ki, 48-ci dəqiqədə Marquez ikinci qolun müəllifi olub.
Hesab 2-2.
***
Komandalar fasiləyə 2-1 hesabı ilə yollanıb.
***
“Qarabağ” ilk xalını qazanıb. Aradakı fərq minimuma enib.
Globalinfo.az xəbər verir ki, oyunun 30-cu dəqiqəsində Leandro Andrade “Qarabağ“a ilk xal qazandırıb.
“Benfika” 2 – 1 “Qarabağ”
***
“Benfika” fərqi artırıb.
Globalinfo.az xəbər verir ki, oyunun 16-cı dəqiqəsində Pavlidis komandasına bir xala daha qazandırıb.
***
Oyunun 6-cı dəqiqəsində meydan sahibləri hesabı açıb.
Globalinfo.az xəbər verir ki, qolun müəllifi Enzo Barreneçea olub.
***
Çempionlar Liqası çərçivəsində Azərbaycanın “Qarabağ” futbol klubu ilə “Portuqaliyanın “Benfika” futbol klubu qarşılaşıb.
Globalinfo.az xəbər verir ki, Lissabonda “Eştadiu da Luş” stadionunda keçirilən oyun artıq start götürüb.
Qolları buradan izləyə bilərsiniz:
Matçı tam halda buradan izləyə bilərsiniz: