Yəməndəki “Ənsar Allah” hərəkatının üsyançıları İsrailin Təl-Əvivdəki obyektinə “hipersəs ballistik raketi” ilə hücum ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariə məlumat yayıb.
Onun sözlərinə görə, Yəmən silahlı qüvvələrinin raket bölmələri “Fələstin-2” adlı hipersəs ballistik raketindən istifadə etməklə hərbi əməliyyat həyata keçirib:
“Raket İsrailin işğal altındakı Təl-Əviv bölgəsində mühüm obyekti vurub və əməliyyat uğurla başa çatıb”, – deyə Sariə “Al Masirah” telekanalının efirində bildirib.
Aysel Əliyeva
Globalinfo.az