meyit kisi

A

Bir neçə gün əvvəl Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı iş adamı bədbəxt hadisə nəticəsində vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Moskvada mağaza işlədən iş adamı Qafur Məmmədəliyev obyektdə baş vermiş yanğın zamanı tüstüdən zəhərlənib.

Mağazadakı malları çıxarmaq istəyərkən tüstüdən zəhərlənən şəxs hadisə yerində dünyasını dəyişib.

Əslən Naxçıvanın Behrud kəndindən olan Q.Məmmədəliyevin nəşi Bakıya gətirilərək dəfn edilib.

328248329 713979540099378 8535401358989809256 n

Paylaş: