s 562aaccc4268f03628bfac9b95ec06ac38a46c71

Türkiyədə məşhur “Kızılcık Şerbeti” serialının ssenari müəllifi Merve Göntem barədə məhkəmənin qərarı açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Hakim onun məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verib.

Xatırladaq ki, Merve Göntem ötən gün axşam, 4 il əvvəl verdiyi bir müsahibədəki açıqlamaları səbəbi ilə saxlanılmışdı. Ona qarşı “fahişəliyə təşviq və cinayətə təhrik” ittihamı irəli sürülmüşdü.

*** 00:03

Türkiyədə yayımlanan “Kızılcık şerbeti” serialının ssenari müəllifi Merve Göntem saxlanılıb.

Globalinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Merve Göntemin 4 il əvvəl verdiyi müsahibəyə görə saxlanıldığı deyilir.

Müsahibədə Göntem qadınların pul üçün əxlaqsız yollara əl atdığını deyib, bunun artıq ölkədə adiləşdiyini bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə Radio və Televiziya Şurası “Kızılcık şerbeti”ndə ailənin gəlini (Doğa) ilə kürəkən (Firaz) arasında yaranan eşq macərası səbəbilə serial barəsində araşdırmalara başlanıldığını açıqlamışdı.

Paylaş: