68c869d94517068c869d945171175796476168c869d94516e68c869d94516f

Ermənistan-Türkiyə danışıqları üzrə emissarların növbəti görüşü Türkiyədə baş tuta bilər.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bunu Ermənistanın xüsusi nümayəndəsi, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.

O həmçinin görüşlə bağlı tarixin hələ ki, müəyyən edilmədiyini bildirib.

Rubinyan bundan başqa sentyabrın 12-də İrəvanda iki ölkənin xüsusi nümayəndələrinin 6-cı görüşü zamanı əldə olunmuş razılaşmaların təfərrüatlarını da təqdim edəcəyini deyib.

Paylaş: