68c84e2a47b4c68c84e2a47b4d175795767468c84e2a47b4a68c84e2a47b4b

Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Fələstin Dövlətinin rəsmi tanınması ilə bağlı yeniliklərin olacağını bildirib.

Globalinfo.az xəbər verir ki, o bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuperlə görüşündən sonra danışıb.

“Hələ ki, Fələstin Dövlətinin tanınması üçün heç bir maneə olmayıb. Proses davam edir və gələn həftə yeniliklər olacaq”, – Rangel bildirib.

Qeyd edək ki, Fələstin 1988-ci il noyabrın 15-də müstəqilliyini elan etdiyi gündən BMT-yə üzv olan 193 ölkədən 147-si tərəfindən tanınıb.

Paylaş: