Xalq artisti Hacı Murad Yegizarovun nəşi Vətənə gətirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş Xalq artisti Hacı Murad Yegizarovun nəşi sabah – 16 sentyabr 2025-ci il tarixində Azərbaycan dövlətinin dəstəyi ilə Vətənə gətiriləcək.
Təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək. Sənətkarla vida mərasimi Təzəpir Məscidində keçiriləcək, daha sonra II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Hacı Murad Yengizarov uzun illər teatr və kino sənətində silinməz izlər qoymuş, obrazları ilə milli səhnə mədəniyyətimizin inkişafına böyük töhfə vermişdir.














