ABŞ hərbçiləri “Qərb-2025” hərbi təlimlərini izləmək üçün Belarusa qəfil səfər ediblər.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, Belarus Müdafiə Nazirliyi amerikalıların səfərini “sürpriz” adlandırıb və iki ABŞ zabitin dəvətə görə Viktor Xreninə təşəkkür etdiyi videonu yayıb.