Barəsində intihar xəbərləri yayılan məşhur türkiyəli aktyor Ufuk Özkan iddialara cavab verib.
Globalinfo.az xəbər verir ki, o, “Gazete Magazin”ə məlumatı təkzib edib:
“Məni öldürməyə çalışırlar? Yayda ağır rejimdə işlədim. Üz dərimdə ekzema xəstəliyi yarandı. Düşünürəm ki, studiya qrimi ilə bağlı meydana gələn bir şeydir. Buna görə vaxtaşırı xəstəxanaya girib-çıxıram. Evdə dincəlirəm. İki gündən bir yoxlanıram”.
Xatırladaq ki, dünəndən bəri aktyorun intihara cəhd etdiyi barədə iddialar yayılıb.
Ufuk Özkan uzun müddətdir üçüncü dərəcəli qaraciyər sirrozundan əziyyət çəkir.
*** 17:04
Türkiyənin məşhur aktyoru Ufuk Özkan intihara cəhd edib.
Globalinfo.az xəbər verir ki, aktyor evində özünə qəsdə cəhd edib və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Məlumata görə, hazırda həkimlərin nəzarəti altındadır.
Qeyd edək ki, U.Özkan daha çox “Geniş Aile” serialında canlandırdığı “Cevahir” obrazı ilə tanınıb.