artur

Xəbər verdiyimiz kimi, Ermənistana giriş-çıxış zamanı sərhəd möhüründə artıq Ağrı dağı təsvir olunmayacaq.

Globalinfo.az xəbər verir ki, hakim Mülki Müqavilə Partiyasının katibi Artur Ovannisyan bununla bağlı bəzi detalları açıqlayıb.

O bildirib ki, İrəvan qonşularla münasibətlərdə Alma-Ata Bəyannaməsinə istinad edir:

“Bizim fəaliyyətlərimiz bir heç bir halda qonşu ölkələrə təhlükəli mesajlar verməməlidir”.

Ovannisyan qeyd edib ki, dövlət rəmzləri özlərində həddindən artıq emosionallıq ehtiva etməməlidir.

ararat

Paylaş: