Rusiya NATO-ya qarşı gələcək mümkün münaqişələrdə təcrübə toplamaq üçün PUA hücumlarına cəhd edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb.
Bildirilib ki, Moskva hərbi blokun imkanlarını və dronların müdaxiləsinə reaksiyasını qiymətləndirməyə çalışır.
Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynaya kütləvi hücumu zamanı ən azı 21 pilotsuz təyyarəsi sərhədi keçərək Polşanın hava məkanına daxil olub.
Hücumdan sonra Polşa hərbçiləri 16 rus pilotsuz təyyarəsinin qalıqlarını aşkar ediblər.
Təxribata cavab olaraq NATO ölkələri Avropanın şərq cinahının müdafiəsini gücləndirmək üçün “Şərq Mühafizəsi” əməliyyatına başlayıb.
Əliyar Xəlil
Globalinfo.az