thumbs b c 229967be99b45691e359b034c359eabb

İsrail ordusunun Qəzzanın şimalında Beyt-Han şəhrinin altındakı tunellərdə keçirdiyi son əməliyyatda azı 11 HƏMAS yaraqlısı öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun və ŞABAK-ın birgə bəyanatında deyilir.

Məlumata görə, Beyt-Hanunda kəşfiyyat və hərbçilərin birgə keçirdiyi əməliyyat nəticəsində tunellər də daxil olmaqla HƏMAS-ın qalan infrastrukturu məhv edilib.

İsrail ordusu keçən həftə Beyt-Hanunda olan hərəkat yaraqlılarının axtarışı üçün əməliyyata başladığını bildirib.

Paylaş: