%D0%BF%D0%BF%D0%BF%D0%BF%D0%BF%D0%BF

Polşanın cənub-şərqində ölkənin hava məkanını pozan daha bir pilotsuz uçuş aparatı aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Karolina Qaletskaya məlumat yayıb.

“17-ci dron Primyarki yaşayış məntəqəsində, Ksjenjopol vilayətində, Bilqoray rayonunda tapılıb”, – deyə o, “X” sosial şəbəkə hesabında yazıb.

Bundan əvvəl Polşanın şərq, cənub-şərq, mərkəz və şimal bölgələrində ümumilikdə 16 pilotsuz uçuş aparatının tapıldığı bildirilmişdi.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: