ver 12

Qazaxıstanın Aktau şəhərində Azərbaycan – Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib. 

Globalinfo.az bildirir ki, forum Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu, Yessenov Universitetinin və Azərbaycan Mərkəzinin tərəfdaşlığı ilə “Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulu vəzifəsini icra edən Elçin Məmmədov forumda qazax dilində çıxış edib. O Azərbaycan – Qazaxıstan münasibətlərindən danışıb, iki ölkənin dostluğundan bəhs edib.

1675333743 img 20230202 wa0094

Milli Məclisin üzvü, deputat Vüqar İskəndərov çıxışında bildirib ki, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir:

“Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclər siyasətidir. Gənclərimiz bütün sahələrdə, istər elm, istər idman, istər hərbi və digər sahələrdə həmişə Azərbaycanın bayrağını zirvələrə daşımağı bacarırlar. Əlbəttə onlar üçün bu şəraitin yaradılması da həmin gənclərin üzə çıxmasında mühüm rol oynayır”.

1675333736 img 20230202 wa0096

Tədbirdə çıxış edən Azərbaycan Mərkəzinin rəhbəri İlkin Orucov da öz növbəsində Azərbaycan və Qazaxıstan münasibətləri haqda danışıb. O bildirib ki, Azərbaycan gəncləri Qazaxıstanda aktiv şəkildə proseslərdə iştirak edir, hər iki ölkənin həqiqətlərinin dünyaya çatdırılmasına yardımçı olur.

1675333729 img 20230202 wa0097

Daha sonra çıxış edən Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov forumun keçirilməsində dəstək olan Azərbaycan Gənclər Fondunda təşəkkür edib.

1675333941 img 20230202 wa0083

Gənclər Fondunun şöbə müdiri Faiq Məmmədov çıxışında fondun fəaliyyəti və beynəlxalq layihələr verdiyi dəstək haqda danışıb.

1675333801 img 20230202 wa0112

Qazaxıstan Respublikasının Mangistau vilayətinin Aktau şəhər Məsləhətinin üzvü Şəmsəddin Hüseynov, Yessenov Universitetinin prorektoru Əskər Seyidəliyev, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Qazaxıstan – Azərbaycan əlaqələrindən danışıblar.

1675333726 img 20230202 wa0095

Forum daha sonra panel şəklində davam edir.

Azərbaycan – Qazaxıstan əlaqələri “dünən, bu gün, sabah” və “Azərbaycan – Qazaxıstanın gənclər siyasəti” müzakirə edilib.

Gənclər Fondunun şöbə müdiri Faiq Məmmədov və “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqda məlumat verib.

Sonda forum iştirakçılarına sertifikatlar təqdim edilib.

1675333786 img 20230202 wa0098
1675333726 img 20230202 wa0100
1675333811 img 20230202 wa0104
1675333757 img 20230202 wa0105
1675333797 img 20230202 wa0103
1675333798 img 20230202 wa0101
1675333754 img 20230202 wa0102
1675333732 img 20230202 wa0099

1675342655 img 20230202 wa0152
1675342602 img 20230202 wa0151
1675342645 img 20230202 wa0149
1675342617 img 20230202 wa0148
1675342587 img 20230202 wa0147
1675342664 img 20230202 wa0154
1675342633 img 20230202 wa0158

Paylaş: