sKaBZlXIFoCCXbqPl35FekLKzV6XQXNgQW8IDRER 825

Neftçalada bir yaşlı körpə ana qucağından düşərək ölüb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun II Qaralı kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini, 2001-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Etibar qızı qucağında olan əkiz uşaqlarından biri – 2024-cü il təvəllüdlü A.A.-nı əlindən yerə salıb. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan körpə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: