Rusiyadan Azərbaycan açıqlaması: iddia rədd edildi

Rusiyadan Azərbaycan açıqlaması: iddia rədd edildi

Azərbaycan və Ermənistanın MDB-yə üzvlüyü ilə bağlı heç bir təhlükə yoxdur”.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

Rusiya rəsmisi iki ölkənin qurumdan çıxacağı ilə bağlı iddiaların heç bir əsasının olmadığını iddia edib:

“Təhlükə kimin tərəfindədir? Kimin üçün və kim tərəfindən? Əslində MDB-yə üzvlük könüllüdür. Mən “təhlükə” sözünün haradan gəldiyini bilmirəm. Bu, dövlətlərin azad birliyidir. Üstəlik, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdığını görürük. Ümid edirik ki, bu, onların MDB-də gələcək iştirakı üçün müsbət amilə çevriləcək”.

Pankin əlavə edib ki, Ermənistan və Azərbaycan birlik çərçivəsində müxtəlif səviyyələrdə qəbul edilən birgə bəyanatlara və sənədlərə müntəzəm qoşulurlar.