Ermənistan orduda bunu Azərbaycanla bərabərləşdirəcək

Ermənistan orduda bunu Azərbaycanla bərabərləşdirəcək

Ermənistan Müdafiə Nazirliyi mülki hərbi xidmət müddətinin 2 ildən 1 il 6 aya endirilməsini nəzərdə tutan layihə hazırlayıb.

Globalinfo.az xəbər verir ki, layihə e-draft.am saytında dərc edilib və müzakirəyə çıxarılacaq.

Hərbi xidmətə çağırılanların sayının müqavilə əsasında xidmət edən hərbçilərin sayının artırılması ilə azaldılması planlaşdırılır.

Təşəbbüsün 2026-cı ilin yay çağırışından tətbiq olunması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Azərbaycanda hərbi xidmət müddəti 1 il 6 aydır.