f09e47cb 5df7 4972 9ab1 a88ba06c2b60

“Azərbaycanla sərhəddə və ölkənin digər giriş-çıxış məntəqələrində yeni nəzarət mexanizmləri tətbiq ediləcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasında bildirib.

Onun sözlərinə görə, artıq ağıllı pasport nəzarəti sistemi işə salınıb.

Paşinyan qeyd edib ki, bundan sonra ölkəyə giriş vahid dövlət prinsipləri əsasında elektron oxu cihazlarının köməyilə həyata keçiriləcək.

Sərhədçilər yalnız şübhəli şəxslər aşkarlandıqda müdaxilə edəcəklər.

Baş nazir Ermənistanın sərhəd təhlükəsizliyində müasir texnologiyalardan aktiv istifadə etdiyini bildirib. O vurğulayıb ki, ölkə sərhədlərində pasport nəzarəti artıq elektron oxu cihazları vasitəsilə həyata keçirilir:

“Normal rejimdə insanlar iştirak etmədən pasport yoxlamaları aparılır. Sərhədçilər yalnız şübhəli şəxslər aşkar olunduqda müdaxilə edirlər”.

Baş nazir əlavə edib ki, bu cür avadanlıqların tətbiqi yalnız Azərbaycanla sərhədlə məhdudlaşmır, həm Gürcüstan, İran, həm də Türkiyə sərhədlərində də genişlənəcək və hava limanlarında da istifadəyə veriləcək. Məqsəd sərhəd-keçid prosesini daha sürətli və effektiv etməkdir.

Tahir Turan
Globalinfo.az

Paylaş: