divar

NATO-nun şərq cinahında təcili olaraq “dron divarı” yaradılmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius deyib.

O, “X” sosial şəbəkəsindəki səhifəsində PUA-ların Polşanın hava məkanını pozmasını belə şərh edib:

“Biz təcili hazırlıq görməliyik. Bu baxımdan üzv dövlətlər, sərhədyanı ölkələr və Ukrayna ilə birlikdə işləyəcəyik. Rusiya dayandırılacaq”.

Qeyd edək ki, Polşanın Baş naziri Donald Tusk sentyabrın 10-na keçən gecə ölkənin hava məkanının pozulduğunu bildirib. O, baş vermiş insidenti “genişmiqyaslı təxribat” adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: