Moskvanın 30 kilometrliyində yerləşən və “Qiyamət Radiosu” kimi tanınan UVB-76 stansiyası uzun illər davam edən bip siqnallarını iki sirli mesajla əvəz edib.
Globalinfo.az xəbər verir ki, mesajlar rus dilində nömrələr, adlar və kod sözlərindən ibarət olub.
Xəbərə görə, mesajlarda əvvəllər istifadə olunan zəng işarəsi “NZHTI” və “OTEL” kimi kod sözləri, həmçinin bəzi ekspertlərin koordinat ola biləcəyini düşündüyü 38, 965, 78, 58, 88 və 37 nömrələri yer alıb. Sosial şəbəkələrdə yayılan video istifadəçilərin marağına səbəb olub.
UVB-76 stansiyası ilk dəfə 1982-ci ildə qısa dalğa yayımı ilə həvəskar radio operatorlarının diqqətini çəkmişdi. O zaman yalnız anlaşılmaz bip səsləri verirdi, 1992-ci ilə qədər siqnallar dəqiqədə 25 dəfə təkrarlanan tonlara çevrildi. 1990-cı illərdə isə səs siqnalları adların, nömrələrin və sözlərin siyahısını oxuyan anonim səslərlə kəsilməyə başladı.
“London City Universiteti”nin elektronika və radio mühəndisliyi üzrə eksperti, professor David Stupples qeyd edir ki, UVB-76 stansiyasının yayımladığı mürəkkəb və gözlənilməz siqnallar sadəcə tezliyi saxlamaq məqsədli deyil, ola bilsin ki, hərbi və ya hökumət əməliyyatları ilə əlaqəlidir.
Tahir Turan
Globalinfo.az