Türkiyə XİN İsrailin Dohaya hücumunu pisləyib

Türkiyə XİN İsrailin Dohaya hücumunu pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qətərin paytaxtı Dohada HAMAS nümayəndə heyətinə hücumunu pisləyib.

Globalinfo.az xəbər verir ki, bu haqda Türkiyə XİN-in yaydığı bəyanatda deyilir.

Nazirlik bildirib ki, hücum İsrailin sülhü deyil, müharibəni davam etdirməyi hədəflədiyini göstərir və Qətərin təhlükəsizliyini hədəfə alır.