Məhkəmə Yekaterinburqda hakimiyyət nümayəndəsinə qarşı guya zorakılıq işi üzrə həbs edilmiş Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskinin həbs müddətini uzadıb.
Globalinfo.az-ın xəbərinə görə, “Report”un Rusiya bürosu Sverdlovsk vilayəti Məhkəmələrinin sosial şəbəkələrdə məlumatına istinadən xəbər verir ki, Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi müstəntiqin həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətini təmin edib.
Mutvalı Şıxlinskiyə qarşı həbs-qətimkan tədbiri 14 dekabr 2025-ci il tarixinədək uzadılıb.
Məhkəmənin qərarı qanuni qüvvəsinə minməyib.