Nepalda gərginlik pik həddə: etirazçılar parlament binasını yandırdılar – VİDEO

Nepalda gərginlik pik həddə: etirazçılar parlament binasını yandırdılar - VİDEO

Nepalda “Sheetal Niwas” hökumət sarayı yanğın nəticəsində tamamilə məhv olub.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, binada baş ofis və idarələr, o cümlədən ölkənin baş nazirinin kabinetləri yerləşib.

Qeyd olunub ki, yanğınsöndürmə briqadaları alovu söndürməyə belə gəlməyiblər.

“Sheetal Niwas” Asiyanın ən böyük saraylarından biri hesab olunur.

Nepalda hökumətin “Facebook”, “X” və “YouTube” daxil olmaqla, 26 sosial media platformasını bloklamaq qərarına görə iki gündür kütləvi etirazlar keçirilir.

*** 14:57

Nepalda etirazçılar ölkə Prezidenti Ramçandra Paudelin iqamətgahına basqın edib və yandırıblar.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “NDTV” telekanalı yayıb.

Telekanalda, eləcə də sosial şəbəkələrdə yayılan görüntülərdən etirazçıların Paudelin evini dağıtdığını görmək mümkündür.

Bundan əvvəl isə aksiya iştirakçıları paytaxt Katmanduda bir neçə siyasətçinin iqamətgahını da yandırıblar.

Qeyd edək ki, sentyabrın 4-də Nepal rəhbərliyi ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən vatsap messenceri, feysbuk və instaqram, eləcə də digər sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edib. Sentyabrın 8-də Katmanduda və digər şəhərlərdə minlərlə etirazçının iştirakı ilə hökumətin bu qərarına qarşı aksiya keçirilib. Aksiyada əsas olaraq gənclər iştirak edib. Etirazlar zamanı baş verən qarşıdurmalarda 19 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər sentyabrın 9-da ləğv edilib.

Bununla belə, bu gün paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə aksiya təşkil edilib.

***

“The Himalayan Times” qəzetinin məlumatına görə, ölkədə kütləvi iğtişaşlar zamanı 500-dən çox insan xəsarət alıb.

Qəzet həmçinin yazıb ki, etirazçılar parlament binasına hücum edib və binanı yandırıblar.