644

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə “Gürcü Arzusu”nun qərargahı önündə baş verən qarşıdurma ilə bağlı araşdırmaya başlayıb. Hadisə Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi – “qrup halında zorakılıq törətmə” ittihamı ilə araşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirlikdən açıqlama yayılıb.

Gürcüstan DİN insidenti “vətəndaşlar arasında qarşıdurma” kimi qiymətləndirib. Bildirilib ki, hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün tədbirlər görüblər.

*** 21:43

Mer Kaxa Kaladzenin Tbilisidəki qərargahında qarşıdurma olub.

Globalinfo.az xəbər verir ki, Tbilisidə etirazçılarla “Gürcü arzusu” partiyasının tərəfdarları arasında toqquşma baş verib.

Hadisə Kaxa Kaladzenin qərargahında yaşanıb.

Polis müdaxilə etsə də, qurbanlar və münaqişənin səbəbləri barədə təfərrüatlar hələlik açıqlanmır.

Əliyar Xəlil

Globalinfo.az 

Paylaş: