Məşhur muzeydə mina təhlükəsi – Giriş bağlandı

Məşhur muzeydə mina təhlükəsi - Giriş bağlandı

Rusiyanın Sankt-Peterburq şəhərində naməlum şəxslər Ermitaj muzey kompleksində guya mina qoyulması barədə məlumat veriblər.

Globalinfo.az-ın yerli mediaya istinadən yaydığı xəbərə görə, dünyanın ən böyük muzeylərindən birinə giriş müvəqqəti olaraq dayandırılıb. Ermitajın əsas qapısına “Giriş qadağandır” lövhələri yerləşdirilib.

Hazırda insidentlə bağlı detallı məlumatlar araşdırılır.