Polşa silahlı qüvvələrinin operativ komandanlığı Rusiya ordusunun Ukraynadakı fəaliyyəti fonunda döyüş təyyarələrini həyəcan vəziyyətinə gətirib.
Globalinfo.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
“Polşa bütün zəruri prosedurları həyata keçirib”, – deyə bildirilib.
Qeyd edilib ki, Polşa və müttəfiqlərinin təyyarələri hava məkanında işləyir:
“Yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri ən yüksək hazırlıq səviyyəsinə çatıb”.
Xatırladaq ki, sentyabrın 7-nə keçən gecə Rusiya dronlarla Ukraynaya kütləvi hücum edib.
Əliyar Xəlil
Globalinfo.az