pens

Rusiya Ukraynada qalib gələrsə, NATO ölkələrindən birinin sərhədini keçməyə çalışacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens deyib.

O, açıq şəkildə bildirib ki, ABŞ və onun Avropadakı müttəfiqləri Rusiya Prezidenti Vladimir Putinlə hərbi qarşıdurmaya getməyə məcbur olacaqlar:

“Münaqişə baş verərsə, Avropa ön cəbhədə olmalıdır”.

Siyasətçi Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanması baxımından “istəklilər koalisiyasını” yüksək qiymətləndirib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: