Kadırov şərt qoydu: “Ukraynada sülh bu halda olacaq!”

Kadırov şərt qoydu: "Ukraynada sülh bu halda olacaq!"

“Ukraynada döyüş əməliyyatlarının dayandırılmasının əleyhinəyəm”.

Globalinfo.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan KadırovRİA Novosti”-yə  müsahibəsində deyib.

Sülh yalnız Ukraynanın tam şəkildə Rusiyaya inteqrasiya olunmasından, yəni onun vilayəti kimi qəbul edilməsindən sonra mümkündür”, — deyə o bildirib.

Kadırov qeyd edib ki, mövcud şəraitdə atəşkəs sərfəli deyil. Onun sözlərinə görə, müharibənin məqsədləri bütün ölkənin təhlükəsizliyinin qarantıdır və sərhədlərdə davamlı sülh yalnız Ukraynanın statusunun dəyişməsi ilə mümkündür.

Çeçenistan rəhbəri respublikadan döyüş əməliyyatları zonasına yeni könüllülər qrupunun göndəriləcəyini də açıqlayıb.

Safura Bənnayeva
Globalinfo.az