owl detail 620 1a941af2471a5de124599fc6592ee022

Yaponiyanın Baş naziri Şiqeru İşiba istefa vermək qərarına gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə NHK teleradio şirkəti məlumat yayıb.

Qeyd olunub ki, bu niyyət İşibanın rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasında (LDP) parçalanmadan qaçmaq istəyi ilə bağlıdır.

“Baş nazir Ş.İşiba partiyada parçalanmanın qarşısını almaq istəyini əsas gətirərək, istefa vermək qərarına gəlib”, – deyə bildirilib.

Öz növbəsində İşiba iyul ayında istefa vermək planları ilə bağlı yayılan şayiələri təkzib edib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: