uz qeza teyyare 1

AZAL təyyarəsinin vurulma əmrini verən Rusiyanın 51-ci HHM diviziyasının komandiri general-mayor Aleksandr Tolopilo haqqında yeni faktlar dərc edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Minval.az sənədlərin fotosunu yayımlayıb.

Məlumatda Tolopilonun bundan əvvəl də bir sıra cinayətlərdə iştirak etdiyi bildirilir:

Rusiya generalı Tolopilonun şəxsi işi qüsursuz deyil: onun vəzifəsi dövründə xidməti cinayət kimi qiymətləndirilə biləcək epizodlar mövcuddur, lakin onlar cəzasız qalıb.

Ən səs-küylü hadisələrdən biri 2024-cü il iyunun 8-də baş verib. Tolopilonun rəhbərlik etdiyi 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının məsuliyyətsizliyi nəticəsində Ukrayna dronlarının hücumu zamanı Rusiyanın ən bahalı və nüfuzlu döyüş təyyarələrindən biri olan Su-57 zədələnib. Bundan əlavə, Axtubinsk rayonunda yerləşən Çkalov adına 929-cu Dövlət Uçuş-Sınaq Mərkəzinin aerodromunda mülki personal da zərər görüb.

Bununla belə, radiolokasiya stansiyalarının iş rejimləri metodiki göstərişlərə uyğun şəkildə qurulmuşdu. Lakin artıq 2024-cü il iyunun 7-də bir sıra döyüş maşınlarında nasazlıqlar aşkar edilmiş və bu barədə rəhbərliyə dərhal məlumat verilmişdi.

Tolopilonun cəzasız qalması, əvvəlcə Su-57-nin zədələnməsinə, daha sonra isə AZAL təyyarəsi ilə bağlı faciəyə səbəb oldu.

Adının bu qədər cinayətlərdə hallanmasına baxmayaraq Tolopilo məsuliyyətə cəlb edilməyib, əksinə yüksək vəzifədə qalıb.

Paylaş: